“Yuventus”a yaxınlaşmaq üçün hər oyun qələbə haqda düşünməliyik”

“İnter”in futbolçusu Dieqo Qodin A Seriyasının 32-ci turunda “Torino”nu məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan uruqvaylı müdafiəçi, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Oyun gözlədiyimiz kimi olmadı, yaxşı başlamadıq. Ancaq indi geriyə baxmaq vaxtı deyil, bundan dərs alıb, özümü sağlam tənqid etməliyik. Hazırda ikinci pillədəyik və bu mövqemizi qorumağa çalışacağıq. “Yuventus”a yaxınlaşmaq üçün hər oyun qələbə haqda düşünməliyik. Mövsümün sonunda necə olacağını görəcəyik”.

“İnter” A Seriyasında 68 xalla ikinci sıradadır. Lider “Yuventus”un isə 76 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button