“İnter”in futbolçusu rusların “radar”ında

“İnter”in futbolçusu Arturo Vidal karyerasını Rusiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Zenit” klubu 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Zenit” Vidala illik 4 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşır.

“İnter” Vidalı yaşının və maaşının çox olması səbəbindən satmağa hazırdır. Çilili futbolçu “neradzurra”da illik 8 milyon avro qazanır.

Vidalın “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Zenit” Rusiya Premyer Liqasında 2020/21 mövsümünün çempionu olub. Sankt-Peterburq təmsilçisi yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button