“Buna görə kiməsə təşəkkür etmək lazım deyil” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte A Seriyasının 34-cü turu çərçivəsində “Krotone”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Konte, 2:0 hesabıyla qələbə qazandıqları görüş haqda bunları deyib:

“Skudettoya yaxın olduğumuzu bilirik. Sakit qalmalıyıq və kiməsə bağlı olmalı deyilik. Öz işimizin sayəsində bu yerlərə gəlmişik və arada belə xal fərqi var. Buna görə kiməsə təşəkkür etmək lazım deyil. Hər şey öz əlimizdədir”.

“İnter” A Seriyasında 82 xalla liderdir. Turnir cədvəlinin 3-cü sırasında yer alan “Atalanta” bu gün “Sassuolo” ilə matçda xal itirsə, “İnter” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.