![](https://komanda.az/wp-content/uploads/2019/09/inter-logo.png)
“İnter” daha bir formasını təqdim etdi FOTO
İtaliyanın “İnter” klubu 2019/20 mövsümündə geyinəcəyi 3-cü formanı təqdim edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Nike” şirkəti tərəfindən hazırlanan formalar qara rəngdədir.
Yeni formalarda “İnter”in 1997/98 və 2009/10 mövsümündə geyindiyi formaların elementləri var. “Neradzurra” 1997/98 mövsümündə UEFA kubokunun, 2009/10 mövsümündə isə Çempionlar Liqasının qalibi olub.
![](https://komanda.az/wp-content/uploads/2019/09/inter-3.jpg)
![](https://komanda.az/wp-content/uploads/2019/09/inter-31.jpg)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin