İkardi PSJ-də nə qədər qazanacaq?

“İnter”dən PSJ-yə keçən Mauro İkardinin Paris klubunda alacağı məvacib bəlli olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu yeni klubunda illik 8 milyon avro qazanacaq. PSJ mövsümün sonunda İkardinin transfer hüquqlarını alsa, hücumçunun məvacibi 10 milyon avroya qədər yüksələcək.

“İnter”də 5 milyon avro məvacib alan İkardi, Milan təmsilçisindən məvacibinin 6,5 milyon avroya yüksəldilməsini istəyib. Bunu qəbul etməyən “İnter”, argentinalını PSJ-yə satınalma hüququ ilə birlikdə icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button