“İnter”lə “Real” razılığa gəldi

İcarə əsasında “Borussiya”da (Dortmund) forma geyinən Əşrəf Hakimi karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az AS-a istinadən xəbər verir ki, “İnter” müqavilə ilə “Real”a məxsus olan 21 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Neradzurra” Hakimi üçün “Real”a 40 milyon avro təkilf edib və tərəflər transferlə bağlı razılığa gəlib. “İnter”in futbolçuya ildə 5 milyon avro olmaqla 5 illik müqavilə təklif etdiyi bildirilir. Hakimi bu şərtlərə müsbət yanaşır və karyerasını “İnter”də davam etdirmək istəyir.

Tərəflər arasında tezliklə rəsmi müqaviləyə imza atılacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button