Pioli: “Bu çempionatda qalib gələcəyimizə inanıram”

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının A Seriyası çempionluğu uğrunda mübarizəsi haqqında danışıb. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis çempionatda qalib gələcəklərinə inandığını bildirib: 

“Futbolçularımdan hansısa biri çempionatın sonuna kimi “İnter” və “Yuventus”u keçəcəyimizə inanmırlarsa, o zaman məşqə gəlməyə bilərlər. Mən bu çempionatda qalib gələcəyimizə inanıram”.

Hazırda “Milan” A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button