“İnter” yarımmüdafiəçi İvan Perişiçlə müqaviləni uzatmağı planlaşdırır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, tərəflər hələlik yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirlər.
Belə ki, 33 yaşlı xorvat futbolçu maaşının 6 milyon avroya qaldırılmasını istəyir. Lakin “İnter”i bu şərtlər qane etmir. Milan klubu Perişiçə bu məbləğdə pul ödəmək istəmir.
Perişiçin “İnter”lə müqaviləsi bu ilin yayında başa çatır.