“İnter”də “Mourinyo” səsləri

Son olaraq “Mançester Yunayted”i çalışdıran Joze Mourinyo “İnter”də baş məşqçi postuna gətirilə bilər.

Komanda.az xəbər verir ki, hazırda işsiz olan portuqaliyalı mütəxəssis, bu vəzifədə Luçano Spalettini əvəzləyə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Mourinyonun “İnter”in icraçı direktou Cüzeppe Marotta ilə görüşəcəyi bildirilib.

Bir müddət əvəl İtaliya mətbuatı komandanın uğursuz çıxışı səbəbindən baş məşqçi Spalettinin vəzifəsindən göndəriləcəyini iddia edirdi.

“İnter”i 2008-2010-cu illər aralığında çalışdıran Mourinyo, A Seriyası təmsilçisiylə Çempionlar Liqasının qalibi olub. Daha sonra “Real”, “Çelsi” və “Mançester Yunayted”i çalışdıran mütəxəssis, 2018-ci ilin dekabrından işsizdir. 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button