Martineslə 5 illik müqavilə imzalanacaq

“İnter” rəhbərliyi yaxın vaxtlarda hücumçu Lautaro Martineslə müqaviləni uzadacaq.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçu klubla mövsümə 9 milyon avro maaş almaqla 5 illik yeni müqavilə imzalayacaq.

Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatır.

“İnter” hazırda 32 turdan sonra 83 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button