“İnter” heyətini yeni futbolçu ilə gücləndirir.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”dən Aleksis Sançesi transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter”in çilili oyunçu ilə anlaşdığı bildirilir.
A Seriyası təmsilçisi “Mançester Yunayted”lə də razılaşsa, Sançeslə uzun müddətli müqavilə imzalayacaq.
“İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən Romelu Lukakunu transfer etmişdi.