“İnter” çox dəyişib” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 2-ci turunun “Kalyari” ilə görüşündən sonra (2:0) açıqlama verib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, heyətdən razı olduqlarını vurğulayıb:

“Futbolçularım ilk dəqiqədən çox yaxşı oynadılar. Onlar debütanta qarşı böyük həvəs göstərdilər. Matça ciddi yanaşdıq və qələbə qazandıq. Məşqçilər korpusu və mən heyətdən razıyıq. “İnter” çox dəyişib. Bu, mübahisə olunmayacaq dərəcədə özünü göstərir. Biz irəliyə getməyi bacarırıq”.

“Neradzurra” ilk 2 turu maksimum nəticə ilə tamamlayıb. Onlar növbəti turda evdə “Fiorentina” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button