“İnsanlar elə bilirlər ki, Parisdə Messinin ehtiyacı olan hər şey var”

Fransalı keçmiş hücumçu Tyerri Anri PSJ-nin futbolçusu Lionel Messi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Anri, Messinin PSJ-yə tam uyğunlaşması üçün vaxta ehtiyacı olduğunu deyib:

“Möhtəşəm oyunçular olan Messi və ya Neymardan danışanda psixoloji məqamı unuduruq. “Barselona”dan ayrılarkən Messinin göz yaşları əvvəldən hazırlanan ssenari deyildi, bu, emosional şok idi. İnsanlar elə bilirlər ki, Parisdə onun ehtiyacı olan hər şey var, amma bu, belə deyil. “Arsenal”dan “Barselona”ya gedəndə sağalmağım bir il çəkdi. Mən zədəli gəldim, yeni taktiki sxemə yiyələnməli oldum… Bütün bunlar psixologiyaya təsir edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button