“Fənərbaxça”nın hücumçusu Acunun klubunda

İngiltərənin “Hall Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi “Fənərbaxça”dan Allahyar Sayyadmaneşi transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Hall Siti” 20 yaşlı hücumçu üçün “Fənərbaxça”ya 5 milyon avro ödəyəcək.

İranlı futbolçu mövsümün ilk dövrəsini Ukraynanın “Zarya” klubunda keçirib.

“Hall Siti” klubunun yeni sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button