Uelbek daha 1 il Premyer Liqa klubunda

İngiltərənin “Brayton” klubu futbolçusu Danni Uelbekin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uelbek 2020-ci ilin oktyabrından “Brayton”da çıxış edir. Hücumçu ötən mövsüm 24 oyunda 6 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button