İngiltərənin 2 klubu xal cəzası ala bilər

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” və “Nottinqem Forest” xal silinməsi ilə cəzalandırıla bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, sözügedən klublar maliyyə qaydalarını pozmaqda şübhəli bilinirlər. Ona görə də, “Everton” və “Nottinqem Forest” müstəqil komissiyaya sövq ediləcək. 

Bu gün artıq məsələ ilə əlaqədar klublara məlumat göndəriləcək.

Hər iki komandanın lazımi sənədləri hazırladığı və özlərini müdafiə edəcəkləri, təqsirli olduqları təqdirdə isə cərimə və ya xal silinməsi ilə cəzalandırıla biləcəkləri qeyd olunub.

Bu mövsüm “Everton” maliyyə qaydalarını pozduğuna görə Premyer Liqada 10 xaldan məhrum edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button