60 il sonra gələn qələbə

İngiltərə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsindəki ilk oyununda Macarıstanla qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşdi.

Komanda.az xəbər verir ki, macarlar 60 il sonra İngiltərə üzərində qələbəyə seviniblər.

Sözügedən komanda sonuncu dəfə DÇ-1962-də bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. Ondan sonra bu iki komanda arasında baş tutmuş 15 qarşılaşmada macarlar qələbəyə həsrət qalmışdılar.

İngiltərə yığması qrupdakı növbəti matçını Almaniyaya, Macarıstan isə İtaliyaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button