Premyer Liqa: Anri və Şirer fərqləndirildi

İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na adı ilk daxil edilən futbolçuların adları açıqlanıb.

Komanda.az xəbər verir ki, bunlar “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri və “Nyukasl”ın keçmiş futbolçusu Alan Şirerdir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Alan Şirer 260 qolla Premyer Liqa tarixinin bombardiridir. O, “Sauthempton”, “Blekbern” və “Nyukasl” klublarında çıxış edib.

Tyerri Anri isə İngiltərədə yalnız “Arsenal”da çıxış edib. Fransalı sabiq hücumçu “topçular”la Premyer Liqada 258 oyunda 175 qol vurub. O, 4 dəfə Premyer Liqanın bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button