AÇ-2020: “Sadəlövh olmayın, İtaliya yığması Belçikaya qarşı yaxşı oyun sərgilədi”

İngiltərə milli komandasının sabiq futbolçusu Cimi Karrager AÇ-2020-nin İngiltərə və İtaliya milli komandaları arasında keçiriləcək final matçı ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, sabiq müdafiəçi, İtaliya yığmasının favorit olduğunu deyib:

“İtaliyanın İspaniya millisinə qarşı oyunu ingilisləri ruhlandıra bilər. Ancaq sadəlövh olmayın, İtaliya yığması Belçikaya qarşı yaxşı oyun sərgilədi. O matça baxmağınız kifayətdir. İspaniya ilə matçda italyanlar nisbətən zəif çıxış etdi. Amma həmin oyunda da İtaliyanın qazanacağını bilirdim”.

Bu gün keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button