İngiltərə kubokunun qalibi bəlli oldu

İngiltərə Federasiya Kubokunun finalında “Mançester Siti” ilə “Mançester Yunayted” üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən final görüşündə “Mançester Yunayted” “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.

Qalib komandanın qollarını Alexandro Qarnaço (30-cu dəqiqə) və Kobbi Maynu (39) vurub. “Mançester Siti”nin təsəlli qoluna isə Ceremi Doku (87) imza atıb.

“Mançester Yunayted” 13-cü, 2015/16 mövsümündən sonra isə ilk dəfə turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button