Səudiyyə Ərəbistanı şahzadəsi Premyer Liqa klubundan ayrıldı

İngiltərənin “Şeffild Yunayted” klubunun Direktorlar Şurasının sədri Musaad ibn Xalid əl-Səud vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Səudiyyə Ərəbistanı şahzadəsi Musaad şəxsi məsələlərə görə klubdakı işindən ayrılıb. Onun vəzifəsini müavini Yusuf Qiansirakuza yerinə yetirəcək.

“Şeffild Yunayted” Premyer Liqada sonuncu sıradadır.