İngiltərə klubunun 12 xalı silindi

İngiltərənin “Şeffild Uensdey” klubu cəzalandırılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çempionşip təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozması olub. “Şeffild Uensdey”in 12 xalı silinib və komanda 2020/21 mövsümündə çempionata -12 xalla başlayacaq.

“Şeffild Uensdey” son mövsümdə Çempionşipi 16-cı sırada tamamlayıb.