Matiç “Barselona”ya keçə bilər

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Nemanya Matiç karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçiylə “Barselona” klubu yaxından maraqlanır.

Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 33 yaşlı futbolçunu qışda heyətinə qatmaq niyyətində olduğu bildirilib.

Matiçin “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonuna qədərdir.