Çempionlar Liqasında ilk qolunu vurdu, atasının ölüm xəbərini aldı

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Natan Akeyə ağır itki üz verib.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin atası Moyze Ake vəfat edib. Bu barədə Natan yerli mətbuata açıqlama verib:

“Atam çox xəstə idi. Çətin dönəmlərdən sonra Çempionlar Liqasında qol vura bilmişdim. İlk qolumu vurandan bir neçə dəqiqə sonra atam vəfat etdi. Ümid edirəm ki, məni izlədiyi vaxt qürurlanmışdı və xoşbəxt idi”.

Ake Çempionlar Liqasında ilk qolunu qrup mərhələsinin 1-ci turunun “Leyptisq”lə matçında (6:3) vurub.