“Çelsi”nin məşqində gərginlik – Tuxel həmyerlisini qovdu

İngiltərənin “Çelsi” komandasının məşqində müdafiəçi Antonio Rüdigerlə qapıçı Kepa Arrisabalaqa arasında gərginlik yaşanıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Xəbərdə, məşq zamanı mübahisə edən futbolçuları komanda yoldaşlarının sakitləşdirdiyi bildirilib. “Çelsi”nin alman baş məşqçisi Tomas Tuxel Kepa ilə mübahisə edən Rüdigeri məşqdən qovub. Alman müdafiəçi daha sonra Tuxel və komanda yoldaşından üzr istəyib.

“Çelsi” Premyer Liqada 4-cü sıradadır.