“Meymunluq” etdi, polis tərəfindən saxlanıldı

İngiltərə Premyer Liqasının 16-cı turunun “Mançester Siti” – “Mançester Yunayted” matçında irqçilik edən azarkeş saxlanılıb.

Komanda.az xəbər verir ki, qarşılaşmada MY-nin futbolçusu Fredin əvəzləndiyi zaman ona qarşı meymun hərəkətləri edən azarkeş yerli polis tərəfindən saxlanılıb.

Mançester polisi bununla bağlı yaydığı açıqlamada, Fredə qarşı irqçilik edən azarkeşin cəzalandırılacağını deyib.

“Mançester Siti” – “Mançester Yunayted” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.