“Lester” apellyasiya şikayəti verib

“Lester” Çempionşipin cari mövsümündə tətbiq edilən 6 xallıq cəzanın ləğvi üçün apellyasiya şikayəti verib.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Daha əvvəl klubun maliyyə feyr-pley qaydalarını pozduğu üçün xallarının silindiyi bildirilmişdi. Bu qərardan sonra “tülkülər” aşağı liqaya düşmə riski ilə üzləşib.

Premyer Liqa rəhbərliyi də məsələyə müdaxilə edib. Onlar klubun apellyasiya şikayətinə cavab verərək, əks iddia qaldırıb və hesab edir ki, tətbiq olunan 6 xallıq cəza kifayət qədər sərt deyil.

“Lester” hazırda Çempionşipdə 45 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və düşmə zonasından cəmi 5 xal öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button