
İngiltərə klubu Xabi Alonsonun təyinatını düşünür
“Tottenhem” rəhbərliyi baş məşqçi postuna Xabi Alonsonun təyinatı variantını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu hazırkı baş məşqçi Tomas Frankla yolların ayrılması halında ispan mütəxəssisə müraciət etməyə hazırdır.
“Real”ın sabiq baş məşqçisi olan Alonso İngiltərədə işləmək istəsə də, üstünlüyü başqa kluba – “Liverpul”a verir. Buna baxmayaraq, mersisaydlılar hazırda baş məşqçi Arne Slota güvənməkdə davam edir. Alonso isə uzun müddət gözləmək niyyətində deyil. Bu səbəbdən, yaxın vaxtlarda o, digər təklifləri də ciddi şəkildə dəyərləndirə bilər.
Tomas Frank 2025-ci ilin yayından etibarən “Tottenhem”in baş məşqçisi postunu tutur. Onun komandası hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



