Həyat yoldaşı ingilis futbolçunu evdən qovub

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker həyat yoldaşı Enni Kilner tərəfindən evdən qovulub.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bu hadisə beş ay əvvəl yaşanıb.

Cütlük arasında bir neçə dəfə mübahisə olub. Bundan sonra Kilner Uolkeri 2,4 milyon funt-sterlinq (3 milyon dollardan çox) dəyərində olan malikanəsinin ərazisinə buraxmayıb. Ehtimal olunur ki, 33 yaşlı futbolçu hazırda Mançesterin mərkəzindəki mənzilində yaşayır. Enni Uolkerin övladlarına baç çəkməsinə icazə verir.

Uolker və Kilner 2010-cu ildən münasibətdədir. Cütlüyün 3 oğlu var – Roman (12 yaş), Rayan (8 yaş) və Reyn (6 yaş). Cütlük 2019-cu ilin mayında ayrılsa da, sonra yenidən bir araya gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button