“Bu, indiyə qədər gördüyüm ən pis “Mançester Yunayted”dir”

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer “Mançester Yunayted”i tənqid edib.

Komanda.az “The Rest is Football”-a istinadən xəbər verir ki, keçmiş futbolçu “qırmızı şeytanlar”ı gördüyü ən pis “Mançester Yunayted” adlandırıb: 

“Düşünürəm ki, bu, indiyə qədər gördüyüm ən pis “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” yaxın illərdə İngiltərə çempionu tituluna iddialı ola bilməyəcək. Onlara “Mançester Siti”, “Liverpul” və ya “Arsenal” səviyyəsinə çatmaq, yaxınlaşmaq üçün uzun müddət lazım olacaq”.

“Mançester Yunayted” növbəti matçını mayın 15-də “Nyukasl”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button