“Mançester Siti” və “Liverpul” da yarımfinala yüksəldi

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Çelsi” səfərdə “Midlsbro” ilə qarşılaşıb. London təmsilçisi səfərdə inamlı qələbə sayəsində ilk yarımfinalçı olub.

Qalan oyunlar bu gün keçirilib. “Kristal Pelas” doğma meydanda “Everton”u 4 cavabsız qolla məğlub edib. Səfərdə “Sauthempton”la qarşılaşan “Mançester Siti” də növbəti mərhələyə vəsiqəni darmadağınla təmin edib. “Nottingem”lə qarşılaşan “Liverpul”a isə yarımfinala vəsiqə üçün cəmi bir qol lazım olub.

Beləliklə, yarımfinalda “Çelsi” “Kristal Pelas”la, “Mançester Siti” isə “Liverpul”la qarşılaşacaq. Bu görüşlərdən biri aprelin 16-da, digəri isə 17-də keçiriləcək.

İngiltərə kuboku, 1/4 final

19 mart

Midlsbro – Çelsi 0:2
Qol
: Lukaku, 15. Ziyeş, 31.

20 mart

Kristal Pelas – Everton 4:0
Qol
: Quehi, 25. Mateta, 41. Zaha, 79. Hages, 87.

Sauthempton – Mançester Siti 1:4
Qol
: Laporte, 45+2-öz qapısına – Sterlinq, 12. De Bruyne, 62-pen. Foden, 75. Mahrez, 78.

Nottingem – Liverpul 0:1
Qol
: Jota, 78.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button