“Mən ona çox da təzyiq etmirəm” – de Bruyne

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Premyer Liqanın 1-ci turunun “Vest Hem”lə oyunu (2:0) haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu ilk oyunu yaxşı keçirdiklərini deyib:

“Düşünürəm ki, ilk oyunu yaxşı keçirdik. Bir neçə səhvimiz oldu, amma məncə, matça biz nəzarət etdik. Kim hücumda oynayacaqsa, istər Haland, istərsə də Alvares, mən ötürmə ilə onları tapmağa çalışacam. Erlinq Haland qol vurmaq və komandaya kömək etmək üçün gəldi və bunu bu oyunda etdi. Mən ona çox da təzyiq etmirəm”.

Haland, 2011-ci ildə keçmiş hücumçu Serxio Aquerodan sonra Premyer Liqadakı ilk oyununda iki qol vuran ilk “Mançester Siti” oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button