“İkinci hissədə daha yaxşı oynadıq” – Emeri

“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 20-ci turunun “Lids”lə matçından sonra (2:1) açıqlama verib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, rəqibin təzyiq göstərdiyini bildirib:

“Oyunun ilk hissəsində problemlərlə üzləşdik. İkinci hissə daha yaxşı oynadıq. Rəqibin təzyiqinin öhdəsindən gəlmək çətin idi. Oyuna daha çox nəzarət etməli və topa daha çox sahib olmalıydıq.

Vurduğumuz ikinci qol çox vacib idi. Həmin qoldan sonra daha rahat nəfəs almağa başladım. Lakin rəqib matçın sonuna qədər təslim olmadı”.

“Aston Villa” İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla 11-ci, “Lids” isə 17 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button