İkardi həyat yoldaşından ayrıldı

“Qalatasaray”ın futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Naradan ayrılıb.

Komanda.az xəbər verir ki, bunu hücumçunun agenti olan keçmiş xanımı açıqlayıb.

Vanda sosial şəbəkədə ayrıldıqları barədə paylaşım edib:

“Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Amma mətbuatda yazılanları nəzərə alsaq, hamının hər şeyi məndən bilməsi daha düzgündür. Ayrılmağımızın detallarını açıqlamaq və bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, təkcə məni deyil, uşaqlarımı da başa düşəsiz”.

Cütlüyün ayrılması barədə xəbər yayda yayılsa da, İkardi bunu təkzib etmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button