İbrahimoviçlə görüş olacaq

“Milan” hücumçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırdır.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, gələn həftə tərəflər əməkdaşlığın davam etdirilməsi imkanlarının müzakirə olunacağı görüş keçirəcək. 40 yaşlı isveçli diz əməliyyatından sonra sağalır və çətin ki, 2022-ci ildə meydana çıxa bilsin. Lakin Milan klubunun rəhbərliyi bu vəziyyətdən narazı deyil.

İbrahimoviç mayın 25-də sol dizindən əməliyyat olunub və 8 aya qədər meydana çıxa bilməyəcək.

O, ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.