İbrahimoviçdən yeni rekord

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatları tarixinin ən yaşlı futbolçularını açıqlayıb.

Komanda.az xəbər verir ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviç siyahıya liderlik edir.

Son olaraq 25-ci turda “Fiorentina” (1:2) ilə keçirilən matçda iştirak edən isveçli hücumçu rekordu ələ keçirib. O, 41 yaş 158 günlüyündə meydana çıxıb.

İbrahimoviçin “Milan”la sözləşməsi cari mövsümün sonuna qədərdir. Bununla da, o, öz rekordunu daha da yaxşılaşdıra bilər.

FutbolçuÖlkəsiKlubuSon oyunda yaşıSon oyunu
1Zlatan İbrahimoviçİsveçMilan41 yaş 158 gün04.03.2023
2Alessandro KostakurtaİtaliyaMilan41 yaş 25 gün19.05.2007
3Pyetro VerkuvudİtaliyaPyaçentsa41 yaş 10 gün16.04.2000
4Paolo MaldiniİtaliyaMilan40 yaş 339 gün31.05.2009
5Xavyer ZanettiArgentinaİnter40 yaş 281 gün18.05.2014
6Françesko TottiİtaliyaRoma40 yaş 243 gün28.05.2017
7Silvio PiolaİtaliyaNovara40 yaş 159 gün07.03.1954
8Serxio PellissierİtaliyaKyevo40 yaş 43 gün25.05.2019
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button