Yenə zədələndi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun “Leççe” ilə matçında (2:0) yenidən sıradan çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isinmə hərəkətləri zamanı baldır əzələsindən zədələnib. Nəticədə, meydana çıxa bilməyib.

Xatırladaq ki, iki gün öncə 41 yaşlı futbolçunun zədəsini bərpa etdiyi haqda xəbər vermişdik.

İbrahimoviç 2020-ci ildən “qırmızı-qaralar”ın heyətində çıxış edir. O, 2010-2012-ci illərdə də Milan təmsilçisində forma geyinmişdi.

Ümumilikdə, isveçli futbolçu “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub və 35 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button