“Milan” İbrahimoviçlə danışıq aparır

“Milan”ın baş direktoru Corcio Furlani klubun sabiq hücumçusu Zlatan İbrahimoviçlə danışıqları haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçli keçmiş futbolçunun yenidən kluba qayıtmaq şansının olduğunu bildirib:

“Zlatan İbrahimoviçin yenidən klubumuza – rəhbərliyə qayıtmaq şansı var. Biz bununla fəxr edərdik. Növbəti addımları müzakirə etmək üçün onunla danışıqlar aparırıq”.

42 yaşlı sabiq hücumçu 2010-2012 və 2020-2023-cü illərdə “Milan”da çıxış edib. Keçmiş futbolçu 2023-cü ilin iyununda peşəkar karyerasını bitirdiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button