“Barselona” istəyərsə, sərbəst qalar” maddəsi

Hollandiya milli komandasının baş məşqçisi Ronald Kumanın yığma ilə müqaviləsində yeni maddə ortaya çıxıb.

Komanda.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin sözləşməsində “Barselona” istəyərsə, sərbəst qalar” maddəsi var. Bu barədə Hollandiya milli komandasının idman direktoru Niko-Yan Hooqma məlumat yayıb. O, Kumanın bir gün “Barselona”nı çalışdırmaq istədiyini və bu səbəbdən də, müqaviləsində belə bir maddə olduğunu deyib.

2018-ci ilin fevralından Hollandiya millisini çalışdıran Kumanın hazırkı müqaviləsi 2022-ci ilin dekabrında bitir.