Heyran qaldığı futbolçuya “heyvan” dedi

Fransalı keçmiş futbolçu Tyerri Anri “Mançester Siti”nin müdafiəçisi Kayl Uolkerin “Real”ın hücumçusu Vinisius Juniora qarşı oyununa heyran qalıb.

Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, Anri, Uolkeri heyvanla müqayisə edib:

“Uolker bir heyvandır. Kaylın qaçması lazım olanda onu dayandırmaq olmaz.

Vinisiusla olan epizodda o, ona yetişdi, topu aldı, rəqibinə baxdı, “əlvida” dedi və başqa tərəfə qaçdı. Çox təsiredici idi.

Ancaq Vinisius həqiqətən, müstəsna oyunçulardan biridir. Onun öhdəsindən gəlmək asan deyil. Ona görə də, Uolkerə mükafat verilməlidir”.

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti” “Real”ı 4:0 (ümumi 5:1) hesabı ilə məğlub edib.

İlk hissədə hesab 1:0 “Mançester Siti”nin xeyrinə olanda Vinisius sol cinahda boş yerə ötürmə alaraq, cərimə meydançasına daxil olmağa çalışsa da, Uolker onu yaxalaya bilib və topu ələ keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button