Alveşdən fasilə qərarı

Hazırda klubsuz qalan braziliyalı futbolçu Dani Alveş yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu ilin sonuna qədər heç bir komandaya keçməyəcəyini bildirib. Bu barədə Alveş Braziliya mətbuatına açıqlamasında deyib. Alveş 2022-ci ilin əvvəlində özünə yeni klub tapmaq niyyətindədir.

Karyerası ərzində “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edən Alveşin son ünvanı Braziliya təmsilçisi “San Paulo” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button