Hava hücumu xəbərdarlığı edildi – Oyun yarımçıq dayandı

Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun “Krivbas” və Kirovoqrad vilayətinin “İnqulets” komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun Kiyevdəki “Olimpik” stadionunda baş tutacaq. Matç ilk hissədə yarımçıq qalıb, oyunda hesab 0:0 olub.

Bazar ertəsi Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

“Krivbas” 4 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir. “İnqulets” 13-cü sıradadır – 5 xal.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramdaizləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button