Messinin düşüncəsi: Qvardiola futbola ziyan vurub

PSJ-nin hücumçusu Lionel Messi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı hücumçu, ispaniyalı mütəxəssisin futbola ziyan vurduğunu iddia edib:

“Qvardiola futbola çox ziyan vurdu. “Barselona”da gördüyümüz iş o qədər sadə görünürdü ki, hamı onu kopyalamaq istəyirdi.

Şübhəsiz ki, Xosepdə xüsusi bir şey var. Bu, onun matçlara baxışında, komandanı oyunlara hazırlamasında və fikirlərini futbolçulara çatdırmasında ifadə olunur”.

Messi 2008-2012-ci illərdə Qvardiolanın rəhbərliyi altında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button