“Hall Siti”nin prezidenti “Turan Tovuz” və “Zirə” rəsmiləri ilə görüşdü

İngiltərənin “Hall Siti” klubunun prezidenti Acun Ilıcalı “Turan Tovuz” və “Zirə” klubunun rəsmiləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, 54 yaşlı funksionerə Premyer Liqa təmsilçilərinin forması hədiyyə olunub.

“Hall Siti” ilə Tovuz klubu arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə edilib

“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov görüşlə bağlı şəxsi “X” hesabından paylaşım edib. O, səmimi keçən görüşdə iki klub arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button