
Rəsmi: Hakimlər “Real”ın prezidentinə cəza tələb etdilər
İspaniyalı hakimlərin Həmkarlar İttifaqı ölkənin futbol rəhbərliyinə rəsmi müraciət edərək, Florentino Peres barəsində intizam işi açılmasını tələb edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şikayət “Real”ın prezidenti tərəfindən hakimlər haqqında səsləndirilən sərt açıqlamalardan sonra verilib.
Peres əvvəlki çıxışlarında İspaniya futbolunda hakimlərin “sistematik korrupsiya” ilə məşğul olduğunu iddia edib və Madrid klubunun bir neçə çempionluğunun əllərindən alındığını bildirib.
Hakimlər İttifaqının rəsmi bəyanatında qeyd olunur ki, bu cür açıqlamalar sadəcə idman tənqidi kimi qiymətləndirilə bilməz:
“Burada söhbət heç bir hüquqi sübut olmadan hakim heyətinin şərəfinə və peşəkar nüfuzuna ciddi və sistematik hücumdan gedir”.
Hakimlər, həmçinin, istintaq müddətində Peresin bu tip ictimai açıqlamalarına son qoymasını tələb edir, onun mənəvi və reputasiya zərərinin kompensasiyasını istəyirlər.
Bizi Facebook-da izləyin



