Hakimə qarşı bu hərəkətinə görə 8 aylıq cəzalandı – FOTO

“Lyaoninq Şenyanq” komandasının baş məşqçisi Duan Xin hakimə şillə vurduğuna görə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb və 150 min yuan (təxminən 19 min avro) cərimələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Futbol Assosiasiyası qərarı bu gün elan edib.

İnsident iyulun 23-də, Birinci Liqanın 15-ci turunun “Nankinq Siti” – “Lyaoninq Şenyanq” (4:0) matçı zamanı baş verib. Baş hakim Çen Hao Duan Xinə qırmızı vərəqə göstərib və baş məşqçi hakimin üzünə zərbə endirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button