Hafiz Məmmədov borcunu ödəmək üçün evlərini və restoranını satdı

“Bakı” klubunun keçmiş prezidenti Hafiz Məmmədov dövlətə olan vergi borcunu qaytarmaq üçün növbəti addımı atıb.

Komanda.az xəbər verir ki, fəaliyyətini dayandırmış klubun rəhbəri bu məqsədlə Bakıda yerləşən bir neçə yaşayış sahəsini və iaşə obyektini satıb. Bura Bakıda kifayət qədər məşhur olan restoran da daxildir.

Ötən ilin yanvarında Dövlət Vergi Xidməti tərəfindən Məmmədov barəsində cinayət işi başlanılıb. O, həbs edilsə də, borcunun bir qismini ödədiyi üçün 4 gün sonra azadlığa buraxılıb.

Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 minini ödəyib. O, bu ayın sonunadək qalan borcunun müəyyən hissəsini geri qaytaracağını vəd edib.

Son illərdə səhhətində çoxsaylı problemlər yaranmış məşhur iş adamının ölkədən çıxışına qadağa qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button