“İnter” rəsmisindən Martines və Barella ilə bağlı açıqlama

“İnter”in idman direktoru Pyero Ausilio iki əsas oyunçunun müqavilələri ilə bağlı vəziyyəti şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət hücumçu Lautaro Martines və yarımmüdafiəçi Nikolo Barelladan gedir:

“Biz gələn mövsümün əvvəlinə qədər Lautaroyla müqavilənin uzadılmasını başa çatdırmaq istəyirik. Hər şeyi mümkün qədər tez bitirməyə çalışırıq. Təkcə Martines üçün deyil, oxşar planlarımız da var. Ən qısa zamanda Nikolo Barella ilə də yeni müqavilə bağlamaq niyyətindəyik”.

Lautaro Martines bu mövsüm İtaliya çempionatında 23 qol vurub və “İnter”in A Seriyasında qızıl medalları qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button