“Həmişəkindən daha çox gərginəm” – Belçika millisinin baş məşqçisi

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisinə qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis heyətdəki itkilərdən danışıb, xüsusən də, Kevin De Bruynenin olmamasından narahat olduğunu deyib:

“Həmişəkindən daha çox gərginəm. De Bruyneni birbaşa əvəz etmək mümkün deyil. Hətta onun yoxluğu “Mançester Siti”də də hiss olunur. Bizim üçün də eyni vəziyyətdir. Həmin mövqedə çıxış edəcək oyunçunun intensivliyi və kreativliyi çox vacib olacaq”.

38 yaşlı baş məşqçi hücumçu Romelu Lukakunun oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, sabahkı görüşdə iştirak edəcəyini bildirib:

“Amma Lukakunun 90 dəqiqə meydanda olacağına inanmıram. Buna hələ hazır deyil”.

Tedesko Azərbaycan millisinin təhlükəli komanda olduğunu deyib:

“İndidən bizim final mərhələsinə vəsiqə qazandığımızı deyirlər. Məncə, bu, düzgün deyil. Azərbaycan İsveçə 0:5 hesabı ilə uduzsa da, birinci hissə tam fərqli keçmişdi. İlk qolu vursaydılar, nəticə fərqli olardı. Bizimlə oyunda da bu hal yaşana bilər. Rəqibin heyətində sol cinah oyunçusunu qeyd edərdim. Qollarda yaxından iştirak edə bilir”.

Sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button