Gürcü futbolçu “Çelsi”nin hədəfində

“Çelsi” “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, londonluların 22 yaşlı futbolçu ilə müqavilə imzalamaq istəyi klubun böyük potensiala malik gənc istedadları əldə etməyə yönəlmiş strategiyasına uyğundur. Bununla belə, “Napoli” gürcü oyunçunu satmaq istəmir və müqavilənin 2027-ci ilin yayına qədər uzadılması barədə danışıqlar aparır.

Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button